Filter

Brendlər


Sıfırla

Filter

Brendlər


1905-ci ildə Hans Wilsdorf tərəfindən əsası qoyulan Rolex brendi İsveçrənin lüks saat istehsalçısıdır. Dünyanın ən məşhur brendlərindən olan Rolex, saat istehsalçısı olaraq istifadəçilər tərəfindən böyük tələb görür. Brend tərəfindən istehsal olunan məhsullar  keyfiyyəti, davamlılığı və dəqiqliyi tərənnüm edərək böyük şöhrət qazanmışdır. Bu markanın saatları çox vaxt status və uğurla əlaqələndirilir. İlk suya davamlı saat (Oyster, 1926) və ilk avtomatik tarix göstəricisinə malik saat modeli (Datejust, 1945) daxil olmaqla, sənayeyə bir çox yeniliklər gətirərək, bu xüsusiyyətlərə sahib  ilk təqdim edilən qol saatları olmuşlar. Rolex brendi idman saatlarından  klassik saat modellərinə qədər geniş çeşiddə qol saatı istehsal edərək, öz üstünlüyünü rəqibləri içində sübut etmiş brendlərdəndir. Şirkət həmçinin qolf, yelkən idmanı, tennis və kino da daxil olmaqla idman yarışlarında və mədəni tədbirlərdə iştirakı ilə tanınır. Rolex saatları qabaqcıl texnologiyadan istifadə etməklə yüksək keyfiyyətli materiallardan hazırlanır və ciddi keyfiyyət nəzarətindən keçir. Brend dünyanın ən məşhur və prestijli saat markalarından biridir və baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. Rolex brendinin saat modelləri keyfiyyəti və mükəmməl dizaynı ilə ən çox arzulanan saat markalarından biri olaraq qalır.

Daha çox
Filter Filter Filter Sırala :
Tarixə görə